...

Türkiyə Azərbaycanla imzalanan sənədi ratifikasiya edib

Siyasət Materials 12 Fevral 2015 11:00 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanan sənədi ratifikasiya edib.
Türkiyə Azərbaycanla imzalanan sənədi ratifikasiya edib

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir Rufiz Hafizoğlu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanan sənədi ratifikasiya edib. Bu barədə Trend "Resmi Gazete"-yə istinadən məlumat verir.

Məlumata əsasən, Ərdoğan Azərbaycan və Türkiyə hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Sazişi ratifikasiya edib.

Saziş dünən Türkiyə parlamenti tərəfindən təsdiq edilmişdi.

Qeyd edək ki, sözügedən sənəd 2013-cü il noyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində imzalanıb. Sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin sabiq nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti