Azərbaycan, Bakı, 7 aprel /Trend/
Azərbaycan Xarici İşlər Nazirliyi Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hardijs Baumanisin vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına və Latviyanın Xarici İşlər Nazirliyinə dərin hüznlə başsağlığı verir.
Trend-in məlumatına görə, xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlamasında deyib ki, səfir Hardijs peşəkar diplomat və yüksək əxlaqı keyfiyyətlərə və ləyaqətə malik insan idi. O, Azərbaycan ilə Latviya arasında dostluq və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəmirdi.
Allah rəhmət eləsin!
XİN: Hardijs peşəkar diplomat və yüksək əxlaqı keyfiyyətlərə və ləyaqətə malik insan idi
Azərbaycan Xarici İşlər Nazirliyi Latviyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hardijs Baumanisin vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına və Latviyanın Xarici İşlər Nazirliyinə dərin hüznlə başsağlığı verir.