Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Yelena Kosolapova/
Qazaxıstanın Bakıdakı səfirliyi aprelin 26-da keçiriləcək prezident seçkilərində səs vermək üçün seçki məntəqəsi təşkil edəcək. Bunu Trend-ə səfirlikdən deyiblər.
Seçki məntəqəsi səfirlikdə saat 07:00-dən 20:00-dək açıq olacaq. Ünvan: Həsən Əliyev küçəsi, keçid 15, ev 8
Azərbaycanda daimi yaşayan və səfirlikdə konsulluq uçotunda olan, eləcə də burada müvəqqəti qalan (məsələn, turistlər və məzuniyyətə gələnlər) Qazaxıstan vətəndaşları Bakıdakı seçki məntəqəsində səsvermədə iştirak edə biləcəklər.
Səsvermə günü Azərbaycanda müvəqqəti olan vətəndaşlar səs vermək istəsələr, əvvəlcədən qeydiyyatda olduqları seçki məntəqəsindən uçotdan çıxma talonunu əldə etməlidirlər.