...

Cəbhəyanı bölgədə yeni açılmış dağ hazırlığı təlim mərkəzi (VİDEO)

Siyasət Materials 17 Sentyabr 2015 17:08 (UTC +04:00)
Müdafiə Nazirliyi cəbhəyanı bölgədə yeni dağ hazırlığı təlim mərkəzinin açılışı video görüntülərini yayıb.
Cəbhəyanı bölgədə yeni açılmış dağ hazırlığı təlim mərkəzi (VİDEO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyi cəbhəyanı bölgədə yeni dağ hazırlığı təlim mərkəzinin açılışı video görüntülərini yayıb.

Çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə döyüş hazırlığı planına əsasən mərkəzdə ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcəkdir.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov bir həftə öncə cəbhəboyu zonada yerləşən ərazidə inşa edilən yeni dağ hazırlığı təlim mərkəzinin açılışını edib.

Mərkəzin infrastrukturu ilə tanış olan Müdafiə naziri ərazidə yaradılan hərbi topoqrafiya, mühəndis, atış, idman şəhərcikləri, minaatanlardan və atıcı silahlardan praktiki atəşlərin yerinə yetirilməsi, dağ taktiki təlimi, dağlıq şəraitdə sağqalma, qayalara dırmanma, su maneələrini qət etmə və digər sahələrə baxış keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti