...

AXCP-də sədrlik davası qızışır: AXCP EQTK qurultay təyin etdi

Siyasət Materials 28 Sentyabr 2015 12:30 (UTC +04:00)
AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin Qurultay günü bəlli olub.
AXCP-də sədrlik davası qızışır: AXCP EQTK qurultay təyin etdi

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin Qurultay günü bəlli olub.

Komitədən Trend-ə verilən məlumata görə, qurultayın oktyabrın 18-də Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilməsi qərara alınıb.

Qurultaya bir çox xarici təşkilatların, eləcə də ölkədə fəaliyyət göstərən partiya və təşkilatların nümayəndələri də dəvət olunacaq.

Qeyd edək ki, Ə.Kərimlidən narazı üzvlər AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsini yaradıblar. R.Nurullayev bildirib ki, onlar AXCP adına iddia edirlər.

Narazı üzvlər Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks tədqirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.

AXCP-nin Əli Kərimlinin rəhbərlik etdiyi qanadı isə sentyabrın 27-də qurultay keçirərək Ə.Kərimlini yenidən sədr seçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti