Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
MDB ölkələri oktyabrın 23-də Minskdə kosmosda əməkdaşlıq haqqında protokol imzalayıblar. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, tərəfdaşlar Birləşmiş Kosmik Tədqiqatlar İnstitutu adlı beynəlxalq hökumətlərarası elmi tədqiqat təşkilatı yaratmaq barədə razılığa gəliblər.
Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan nümayəndələri çoxtərəfli əməkdaşlığın yeni hüquq-müqavilə bazasının yaradılması barədə də razılığa gəliblər.
Qeyd edək ki, oktyabrın 22-də MDB ölkələrinin kosmik fəaliyyət sahəsində əməkdaşlıq məsələləri üzrə VI yığıncağı işinə başlayıb.