Azərbaycan, Bakı, 13 noyabr /Trend/
"Azərbaycanın Fransadakı Səfirliyi Parisdə törədilən terror aktları zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır".
Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.