...

Əhməd Davudoğlu: Türkiyə və Azərbaycan regionun ən inkişaf etməkdə olan ölkələridir

Siyasət Materials 4 Dekabr 2015 12:20 (UTC +04:00)
Türkiyə və Azərbaycan regionun ən inkişaf etməkdə olan ölkələridir
Əhməd Davudoğlu: Türkiyə və Azərbaycan regionun ən inkişaf etməkdə olan ölkələridir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə və Azərbaycan regionun ən inkişaf etməkdə olan ölkələridir. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Bakıda ADA Universitetində cıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə Avrasiya regionunda da lider ölkələrdir: "Türkiyə və Azərbaycan həmişə bir-birini dəstəkləyib və bu dəstəyi davam etdirəcək".

Baş nazir qeyd edib ki, hazırda Azərbaycan və Türkiyə TANAP kimi vacib enerji layihələrini reallaşdırır: "Avropa "Nabucco" layihəsinin reallaşdırılması barədə düşünəndə Azərbaycan və Türkiyə hazırda uğurla davam edən TANAP layihəsinin reallaşdırılmasına başladılar. TANAP regionun enerji xəritəsini dəyişdirəcək".

Ə.Davudoğlunun sözlərinə görə, Azərbaycan və Türkiyənin bütün layihələrinin reallaşdırılması regionda sülh və inkişafa istiqamətlənib.

Ə.Davudoğlu Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin vacibliyini də vurğulayıb.

Baş nazir diqqətə çatdırıb ki, Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarını azad edərsə, enerji layihələrinə qoşula bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti