...

İlham Əliyev "Microsoft Corporation" şirkətinin vitse-prezidenti ilə görüşüb (FOTO)

Siyasət Materials 21 Yanvar 2016 15:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda “Microsoft Corporation” şirkətinin vitse-prezidenti xanım Syuzan Hauser ilə görüşü olub.
İlham Əliyev "Microsoft Corporation" şirkətinin vitse-prezidenti ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda "Microsoft Corporation" şirkətinin vitse-prezidenti xanım Syuzan Hauser ilə görüşü olub.

Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sisteminin uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd olundu. "Microsoft Corporation" şirkətinin Azərbaycanda bu sahəyə böyük diqqət yetirdiyi məmnunluqla vurğulandı. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin mühüm rol oynadığı qeyd edildi, bu baxımdan təhsilin, kosmik sənayenin prioritet sahələr olduğu bildirildi. Həmçinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə kənd təsərrüfatı sahəsində pilot layihələrin həyata keçirildiyi qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə "Microsoft Corporation" şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti