Bakı. Aanaxanım Hidayətova - Trend:
GUAM-ın baş katibi Altay Əfəndiyev Ukraynanın xarici işlər nazirinin müavini Vadim Pristayko ilə görüşüb.
Trend-in GUAM-ın Katibliyinə istinadən verdiyi məlumata görə, tərəflər görüşdə qeyd ediblər ki, GUAM əməkdaşlıq formatı təşkilatın iştirakçı ölkələri arasında münasibətlərin möhkəmlənməsi üçün vacib regional platformadır.
Tərəflər, həmçinin GUAM nəqliyyat dəhlizinin praktiki reallaşdırılımasının və iştirakçı dövlətlər arasında azad ticarət zonasının yaradılması barədə sazişin vacibliyini qeyd ediblər.