...

Ziyafət Əsgərov: "Hər birimiz AŞ PA-da ikili standartların şahidi olduq"

Siyasət Materials 30 Yanvar 2016 13:05 (UTC +04:00)
Beynəlxalq hüquq böyük dövlətlərdə məşğuliyyət, kiçik dövlətlərdə isə məhdudiyyətdir.
Ziyafət Əsgərov: "Hər birimiz AŞ PA-da ikili standartların şahidi olduq"

Bakı. Elçin Mehdiyev - Trend:

"Bizim hər birimiz Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) ikili standartların şahidi olduq".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, bu bir daha göstərdi ki, dünyada beynəlxalq hüquq işləmir: "Beynəlxalq hüquq böyük dövlətlərdə məşğuliyyət, kiçik dövlətlərdə isə məhdudiyyətdir. Böyük dövlətlər beynəlxalq hüquqdan öz məqsədləri üçün istifadə edir. Hər birimiz bunu öz gözlərimizlə görürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti