...

Sloveniyada Xocalı qurbanlarının xatirəsi anılıb (FOTO)

Siyasət Materials 25 Fevral 2016 12:28 (UTC +04:00)

Bakı. Trend:

Sloveniyanın paytaxtı Lyublyana şəhərində Xocalı soyqrımının 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Azərbaycanın Sloveniyadakı diplomatik nümayəndəliyinin təşəbbüsü ilə keçirilən anım mərasimində Slovenyalı deputatlar, bir sıra ölkələrin Slovenyadakı səfirləri və media təmsilçiləri iştirak edib.

Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, Xocalıya ədalət kompaniyası çərçivəsində keçirilən tədbirdə Azərbaycanın Slovenyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev çıxış edərək, ermənilərin son 2 əsrdə xarici havadarlarının gücünə arxalanaraq Azərbaycanda mərhələli işğalçılıq və soyqrım siyasəti həyata keçirtdiklərini vurğulayıb.

İşğalçı ermənistan ordusunun 1992-ci ilin şaxtalı 26 fevral gecəsində Xocalı şəhərini sakinləri qarışıq yerlə yeksan etdiyini bildirən diplomat,aradan 24 il ötməsinə baxmayaraq beynəlxalq təşkilatların və dünya birliyinin bu acı həqiqətə hüquqi-siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndirib.

Dünyanın bir sıra ölkələrində olduğu kimi Sloveniya parlamentinin yuxarı palatasıda Xocalı Soyqrımını tanıyan qətnamə qəbul etməklə tarixi ədalətin bətpa olunmasına öz töhfəsini verib. Qəddarlıq baxımından Xocalı faciəsini 20-ci əsrin ən amansız soyqrım aktı adlandıran Sloveniya parlamentinin yuxari palatası, işğalçı ermənistan ordusundan qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməyi tələb edib. Bu qərarın ardınca Ştayer dövlət admnistrasiyasının Slovenya ilə Avstryanın sərhəddində Xocalı soyqrımı qurbanlarının xatirəsini özündə əks etdirən abidə kompleksinin uçaldılması haqqında sərəncam verdiyini diqqətə çatdıran Azər Xudiyev Azərbaycana haqq işində daima dəstək verən Slovenya xalqına və dövlətinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Slovenya parlamentinin yuxarı palatasının deputatı Rudi Matiyajiç 24 il bundan öncə xocalıda baş vermiş vəhşilikləri, bir xalqa və millətə yönəlik soyqrım siyasəti adlandırıb.Bir deputat kimi Xocalı faciəsi və Qarabağ hadisələri ilə yaxından tanış olduğunu bildirən deputat qeyd edibki, Xocalı faciəsi 20-ci əsrin ən amansız soyqrım aktıdır.

Əminəm ki, gec-tez, bütün beynəlxalq təşkilatlar və dünya birliyi bu tarixi cinayətə hüquqi siyasi qiymət verəcək. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Şəxsən mən Xocalı şəhərində baş verən qəddarlıq aktı ilə yaxından tanış olduqdan sonra,bununla bağlı qətnamə hazırlayaraq Slovenya parlamentinə təqdim etdim.

Çox şadamki, bu məsələyə bütün həmkarlarım həssa yanaşdılar və Xocalı soyqrımı ilə bağlı qətnamə qəbul olundu. Əminəm ki, bu məsələdə Azərbaycan və ədalət zəfər çalacaq.

Sloveniyada Xocalıya ədalət kompaniyasına qoşulan yerli gənclər təşkilatlarının fəalları isə Lyublyana şəhərinin iki istiqamətindən havaya Xocalı qurbanlarının sayı qədər ağ və qara şarlar buraxmaqla,indiyədək bu acı həqiqətə göz yuman dünya birliyini haqqa və ədalətə səsləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti