...

Deputat: Prezident İlham Əliyevin Türkiyəyə səfəri iki ölkə arasında münasibətlərdə yeni bir səhifə açdı

Siyasət Materials 16 Mart 2016 14:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açdı.
Deputat: Prezident İlham Əliyevin Türkiyəyə səfəri iki ölkə arasında münasibətlərdə yeni bir səhifə açdı

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açdı. Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci toplantısı Azərbaycanda olmalı idi: "Türkiyədə iki dəfə baş vermiş terror aktı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlməsinə imkan vermədi və bu da başa düşüləndir. Çünki hər iki terror aktı xeyli sayda insan həyatına son qoydu. Belə bir vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfər etməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin nə qədər dərin köklərə bağlı olduğunu göstərdi".

F.Ağamalı qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın Bakıya gələ bilməməsi və Prezident İlham Əliyevin Türkiyəyə səfər etməsi bu görüşün əhəmiyyətini daha da artırdı: "Bu görüş Azərbaycan-Türkiyə münasibətlərinin strateji əməkdaşlığını daha yüksək səviyyəyə qaldırdı. Bu səfər Azərbaycan-Türkiyə münasibətlərində yeni bir səhifə açacaq. Türkiyə ilə Azərbaycan həmişə çətin gündə də, xoş gündə də bir-birinin yanında olub və bundan sonra da belə olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti