...

BMT Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Siyasət Materials 11 Aprel 2016 17:47 (UTC +04:00)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzaini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Q.İsakzai etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib.

E.Məmmədyarov Q.İsakzaini yeni təyinatı münasibətilə təbrik edərək, onun Azərbaycanla BMT arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Nazir ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb və əlaqələrin inkişafı üçün səylərin artırılmasının vacibliyini qeyd edib.

BMT rəsmisi təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib və bu istiqamətdə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın ANAMA və "ASAN Xidmət" kimi qurumlarının təcrübəsindən digər ölkələrin faydalanmasının zəruriliyini qeyd edib.

E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə son illər həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında məlumat verərək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində son dövrlər atılan addımlar barədə danışıb.

Q.İsakzai BMT-nin bu dəhlizlərin reallaşması üçün texniki dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti