...

Deputat: Prezident İlham Əliyev cəbhə bölgəsinə səfəri ilə beynəlxalq aləmə, düşmənlərimizə önəmli mesaj verdi

Siyasət Materials 3 May 2016 10:13
“Cənab Prezident İlham Əliyev dediyi sözə həmişə əməl edib. Dövlətimizin başçısı ilk dəfə prezident seçiləndə demişdi ki, “mən hər bir azərbaycanlının prezidenti olacağam”.
Deputat: Prezident İlham Əliyev cəbhə bölgəsinə səfəri ilə beynəlxalq aləmə, düşmənlərimizə önəmli mesaj verdi

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

"Cənab Prezident İlham Əliyev dediyi sözə həmişə əməl edib. Dövlətimizin başçısı ilk dəfə Prezident seçiləndə demişdi ki, "mən hər bir azərbaycanlının Prezidenti olacağam". Cənab Prezidentin cəbhə bölgəsinə səfəri bu deyilənlərin bir daha təsdiqidir".

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Prezident İlham Əliyev bu səfəri ilə Azərbaycan xalqı qarşısında öz prezidentlik vəzifəsini necə şərəflə icra etdiyini bir daha nümayiş etdirdi: "Eyni zamanda, beynəlxalq aləmə, düşmənlərimizə bir mesaj verdi ki, "mən həyatım üçün heç bir təhlükədən qorxmadan ən çətin vəziyyətdə, atəş altında yaşayan vətəndaşlarımın yanındayam". Yəni bu səfər zamanı cənab Prezident elə yerlərdə oldu ki, o yerlər erməni silahlı qüvvələrinin dağıtdığı evlər idi, viran qoyduğu ərazilər idi. Həmin vaxt orada hər şey ola bilərdi. Cənab Prezidentimiz bunu bilirdi və bilə-bilə də Azərbaycan xalqına ümid, ürək-dirək vermək üçün, bütün Azərbaycanda ruh yüksəkliyi yaratmaq üçün bu səfəri etdi və Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış o yerləri bir-bir gəzdi, ermənilər tərəfindən atəşə məruz qalaraq yaralanmış insanlarımızın yanında oldu, hər kəslə, əsgərlərimizlə görüşdü. Bu, ermənilərin canına vəlvələ salan bir səfər oldu".

E.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev bu səfəri ilə düşmənlərə çatdırdı ki, yaxın vaxtlarda bu səfərlər Şuşaya, Xankəndinə, işğal edilmiş başqa ərazilərimizə olacaq: "Bu, əvəzolunmaz bir səfər idi. Cənab Prezident bu səfəri ilə nümayiş etdirdi ki, Azərbaycan torpağının hər qarışı müqəddəsdir və düşməndən azad olunacaq, hər bir Azərbaycan vətəndaşı cənab Prezidentin diqqətindədir, qayğısındadır. Cənab Prezident bu səfəri ilə bir daha təsdiq etdi ki, o öz sağlamlığını, həyatını heç bir sıravi Azərbaycan vətəndaşının sağlamlığından, həyatından üstün tutmur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti