...

ABŞ və Azərbaycan ekspertləri arasında aviasiya və yerüstü təhlükəsizlik prosedurlarını müzakirə edirlər (FOTO)

Siyasət Materials 17 May 2016 17:34 (UTC +04:00)
ABŞ-ın Oklahoma ştatının Qırıcı Aviasiyası Yerüstü və Uçuş Təhlükəsizliyi Proqramı üzrə ekspert qrupu ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında aviasiya və yerüstü təhlükəsizlik prosedurlarına dair təcrübə mübadiləsi üzrə tədbir keçirilir.
ABŞ və Azərbaycan ekspertləri arasında aviasiya və yerüstü təhlükəsizlik prosedurlarını müzakirə edirlər (FOTO)

Bakı. Trend:

ABŞ-ın Oklahoma ştatının Qırıcı Aviasiyası Yerüstü və Uçuş Təhlükəsizliyi Proqramı üzrə ekspert qrupu ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında aviasiya və yerüstü təhlükəsizlik prosedurlarına dair təcrübə mübadiləsi üzrə tədbir keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində hərbi aerodromların uçuş-enmə zolağı, aerodromun təhlükəsizliyi və texniki qulluq prosedurları, eləcə də aerodrom ərazisindəki obyektlər və uçuş-enmə zolağının təmiri ilə bağlı tələblər mövzularında müzakirələr aparılır.

Bundan əlavə, qarşılıqlı brifinqlərin təqdim olunması və praktiki nümayişlərin yerinə yetirilməsi də planlaşdırılır.

Ekspertlər qrupunun səfəri mayın 20-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti