...

Azərbaycan və Koreya Respublikası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib

Siyasət Materials 20 May 2016 22:53 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunu təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Azərbaycan və Koreya Respublikası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunu təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Qeyd edək ki, Anlaşma Memorandumu 2016-cı il martın 17-də Seul şəhərində imzalanıb.

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasına Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinin təmin edilməsi tapşırılıb.

Fərmanda həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası Hökumətinə bildiriş göndərsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti