...

Nazir: Azərbaycan və Pakistan arasındakı ticari və iqtisadi potensial böyükdür

Siyasət Materials 27 İyul 2016 18:20 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının ticarət naziri Xurram Dastgir Xan ilə görüşüb.
Nazir: Azərbaycan və Pakistan arasındakı ticari və iqtisadi potensial böyükdür

Bakı. Trend:

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının ticarət naziri Xurram Dastgir Xan ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə hər iki ölkənin bir-birinə mütəmadi göstərdiyi dəstək, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında iki ölkənin rəhbərlərinin önəmli rolu, H.Əliyev Fondunun Pakistanda həyata keçirdiyi müxtəlif humanitar və sosial yönümlü layihələr haqqında söhbət açılıb, bu cür isti və səmimi münasibətlərin fonunda iqtisadi və ticari əlaqələrin daha da artırılmasının önəmi vurğulanıb.

Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişaf, xarici investorlar üçün yaradılan münbit şəraitdən, sənaye şəhərcikləri və investisiya parklarının fəaliyyətindən, digər iqtisadi və ticari imkanlar haqqında məlumat verən səfir Ə.Əlizadə, bu şəraitdən pakistanlı iş adamlarının daha çox istifadə edə biləcəyini bildirib. Pakistanın iqtisadi göstəricilərinin də son illər ərzində artdığını bildirən səfir Pakistanın qardaş ölkə olması baxımından, eləcə də ərazi və əhalisinin böyüklüyünə görə Azərbaycan məhsullarının satışı, sərmayə yatırımı üçün yaxşı üstünlüklərə malik olduğunu qeyd edib.

Nazir X.D.Xan 2016-cı ilin yanvar ayında Davosda, özünün də şahidi olduğu Pakistanın Baş naziri ilə AzərbaycanPrezidenti arasında qardaşlıq şəraitində keçirilmiş səmimi görüşü xatırlamış, iki ölkənin rəhbərlərinin bu səviyyədə dostluq və qardaşlıq münasibətlərindən istifadə etmək vacibliyini, iki ölkə arasındakı ticari və iqtisadi potensialın olduqca böyük olduğunu qeyd edib, səfirə fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti