...

XİN: Azərbaycanda saxlanılan Rusiya vətəndaşının şikayəti yoxdur

Siyasət Materials 18 Avqust 2016 17:25 (UTC +04:00)
Azərbaycanda saxlanılan Rusiya vətəndaşının saxlanma şəraitindən hər hansı şikayəti olmayıb.
XİN: Azərbaycanda saxlanılan Rusiya vətəndaşının şikayəti yoxdur

Bakı. Trend:

Azərbaycanda saxlanılan Rusiya vətəndaşının saxlanma şəraitindən hər hansı şikayəti olmayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə RF Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O bildirib ki, RF XİN bu məsələni nəzarətdə saxlayır və onun vəkili ilə mütəmadi əlaqə yaradır.

Qeyd edək ki, Rusiya vətəndaşı M.V.Ueldanov narkotik maddələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb. Bunu Trend-ə soyadı guya Qalustyan olan M.V.Ueldanovun saxlanılması ilə bağlı vəziyyəti şərh edərkən Rusiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti