...

Məzahir Pənahov: "Özünün iştirakı olmadan, başqasının sözü ilə qeyd olunan nöqsan düzgün deyil"

Siyasət Materials 7 Sentyabr 2016 16:44 (UTC +04:00)
Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda respublika üzrə müşahidə etmək üçün indiyə qədər MSK-da 846 nəfər müşahidəçi qeydə alınıb
Məzahir Pənahov: "Özünün iştirakı olmadan, başqasının sözü ilə qeyd olunan nöqsan düzgün deyil"

Bakı. Elçin Mehdiyev - Trend:

Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda respublika üzrə müşahidə etmək üçün indiyə qədər MSK-da 846 nəfər müşahidəçi qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, seçki dairələrində 37,429 müşahidəçi qeydə alınıb.

M.Pənahov bildirib ki, bütün müşahidə aparanlara hörmətlə yanaşılır: "Müşahidəçilərin məntəqələrdəki fəaliyyəti Seçki Məcəlləsinə uyğun aparılmalıdır. Müşahidəçilər narazı qaldığı məqamlardan MSK-ya müraciət etməlidir və biz də araşdırma aparanda əmin olmalıyıq ki, həmin müşahidəçi orada olub. Özünün iştirakı olmadan, başqasının sözü ilə müşahidəçi hansısa bir nöqsanı qeyd edərsə, bu düzgün deyil. Bu çox ciddi məsələdir və aşağı seçki komisisyasının üzvləri bununla bağlı diqqətli olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti