...

Vyetnam prezidentindən Azərbaycanla bağlı çağırış

Siyasət Materials 22 Sentyabr 2016 10:38 (UTC +04:00)

Bakı. Elmira Tarıverdiyeva - Trend:

Vyetnam prezidenti Tran Day Kuanq Azərbaycanı əməkdaşlığı genişləndirməyə çağırıb. Trend Vyetnam agentliyi "VOV"a istinadən məlumat verir ki, ölkə rəhbəri bunu Azərbaycanın həmin ölkədəki səfiri Anar İmanovla görüşdə deyib.

Vyetnam rəhbəri həmçinin iqtisadi, ticari, elmi-texniki əməkdaşlıq üzrə Vyetnam-Azərbaycan Birgə Komitəsinin yaradılmasını alqışlayıb.

Prezident neft və qaz kəşfiyyatı sahəsində iki ölkə arasında əməkdaşlığı genişləndirməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti