Bakı. Trend:
Litva və Azərbaycan arasında münasibətlərin daha da inkişafı üçün sədd və sərhəd yoxdur. Bu barədə Trend-ə Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas deyib.
Səfir bildirib ki, bu münasibətləri hər zaman inkişaf etdirmək olar: "Sevinirik ki, son iki il ərzində iki ölkənin parlamentləri və bələdiyyələri arasında geniş əməkdaşlıq alınıb, yerli icra hakimiyyətləri orqanları arasında yaxşı əlaqələr qurulub".
Diplomat əlavə edib ki, Litva Avropa İttifaqınin üzvü kimi, Azərbaycanla Aİ arasında əməkdaşlığın inkişafından şaddır: "Bakıda "Avropa şəhərciyi"nin açılması əməkdaşlıq üçün yeni imkanlar açır".
O qeyd edib ki, Azərbaycan və Litva arasında əməkdaşlıq üçün yaxşı imkanlar var: "Humanitar sahədə münasibətlərin yüksək səviyyəsi, iki xalq arasında dostluq münasibətləri iqtisadi sahədə əməkdaşlığa da yaxşı zəmin yaradır".