Bakı. Trend:
Azərbaycan yəhudi xalqının Holokostla bağlı ağrı-acısını bütün digər ölkələrdən daha yaxşı hiss edir. Çünki Azərbaycan xalqı da soyqırımla üz-üzə qalıb.
Trend-in məlumatına görə, bunu İsrail-Azərbaycan (Azİz) Beynəlxalq Assosiasiyasının nümayəndəsi Vahid Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan bu hadisə haqqında həqiqətləri 25 ildir ki, dünya ictimaiyyətinə çatdırmağa çalışır.
V.Bayramov deyib: “Mən dəfələrlə İsraildə Xocalı soyqırımına həsr olunmuş sərgilərdə olmuşam. Bu sərgiyə gələn İsrail vətəndaşları ermənilərin dinc Azərbaycan sakinlərinə qarşı etdikləri vəhşiliklərin əks olunduğu fotoşəkilləri görəndə dəhşətə gəlirdilər”.