...

Rauf Əliyev: Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə görülən işlər nəticəsində bütün Xəzər rayonunda infrastruktur dəyişib

Siyasət Materials 7 Mart 2017 17:10 (UTC +04:00)
Mehriban xanım Əliyevanı vitse-prezident təyinatı münasibətilə ürəkdən təbrik etmək istəyirəm.
Rauf Əliyev: Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə görülən işlər nəticəsində bütün Xəzər rayonunda infrastruktur dəyişib

Bakı. Trend:

"Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə görülən işlər nəticəsində bütün Xəzər rayonunda infrastruktur dəyişib".

Trend-in məlumatına görə, bunu deputat Rauf Əliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib:

"Mehriban xanım Əliyevanı Birinci vitse-prezident təyinatı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. 2005-ci ildən Xəzər rayonu 14 saylı seçki dairəsindən ilk çağırış millət vəkili seçilmiş Mehriban xanım Əliyeva öz çıxışında da Xəzər rayonunda görülən işlərdən danışdı. Təbii ki vaxt çox məhduddur və bu illərdə görülən işlər çoxdur. Xəzər rayonunda sosial-iqtisadi, kommunal layihələr həyata keçirilib. O cümlədən qəsəbələrdə 42 yeni məktəb, 20 uşaq bağçası-körpələr evi, 16 internat evi təmir olunub. 10 idman, 28 mədəniyyət obyekti, 7 məscid binası tikilib və təmir olunub. Bütün bu obyektlər təmir edilmək və tikilməklə yanaşı ən müasir avadanlıq və inventarla təchiz olunub. Rayonun Şağan qəsəbəsində Şağan Olimpiya Kompleksi, Mərdəkan qəsəbəsində tamaşaçı tutumu 6 min 700 nəfər olan “Dalğa-Arena” stadionu, Binə qəsəbəsində 600 tamaşaçı yeri olan stadion, Zirə qəsəbəsində İdman Kompleksi, Zirə Müalicə-Diaqnostika Mərkəzi tikilib. Bu gün də bu işlər davam etdirilir. Hörmətli Mehriban xanım vurğuladı ki, Heydər Əliyev Fondunun nəzdində Xəzər rayonunun inkişaf fondu yaradılıb. Bu məsələlər proqramlı şəkildə öz həllini tapırdı. Vurğulamaq istəyirəm ki, bu gün bütün layihələr həllini tapıb və işlər davam etdirilir. Mehriban xanımın tapşırığı ilə Türkan, Buzovna qəsəbəsində İdman Kompleksi, Şağan qəsəbəsində böyük mədəniyyət evi, Buzovnada yeniyetmələr üçün sanatoriya tikilir. Görülən bu işlərə görə bütün Xəzər rayonunda infrastruktur dəyişib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti