...

Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu: Azərbaycan dünya üçün çox faydalı iş görür

Siyasət Materials 4 May 2017 12:38 (UTC +04:00)
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün dünya xalqları üçün vacib olan bir məsələdir.
Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu: Azərbaycan dünya üçün çox faydalı iş görür

Bakı. Elçin Mehdiyev – Trend:

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün dünya xalqları üçün vacib olan bir məsələdir.

Bunu Trend-ə Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Pilho Park deyib.

O qeyd edib ki, bu baxımdan Azərbaycan dünya üçün çox faydalı iş həyata keçirir:

“Azərbaycan, eyni zamanda, çox mühüm çoğrafi məkanda yerləşməklə dünya üçün vacib bir ölkədir, İpək Yolunun mühüm bir ölkəsidir”.

P.Park bildirib ki, Azərbaycan artıq bu kimi beynəlxalq tədbirlərin təşəbbüskarına çevrilib:

“Bu baxımdan Azərbaycan dünyada sülh və sabitliyin təmin olunmasına, mədəniyyətlərarası dialoqun və anlaşmanın inkişafına mühüm töhfə verir”.

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb. Mayın 6-dək davam edəcək Forum çərçivəsində bu gün Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə YUNESKO kafedralarının 2-ci Akademik forumu və YUNESKO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı keçirilir.

Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü də keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti