...

Ekspert: Azərbaycan yeni zirvədə olduğunu göstərdi

Siyasət Materials 23 May 2017 14:23 (UTC +04:00)
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla təşkil edərək yenidən öz yüksək səviyyəsini nümayiş etdirib
Ekspert: Azərbaycan yeni zirvədə olduğunu göstərdi

Bakı. Trend:

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla təşkil edərək yenidən öz yüksək səviyyəsini nümayiş etdirib.

Bunu Trend-ə “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan uğurlu xarici siyasət həyata keçirərək bütün müsəlman ölkələrini bu Oyunlara dəvət edib:

“Dünyada İslam ölkələri arasındakı münaqişələrə, İslam dünyasının çətin vəziyyətdə olmasına baxmayaraq, Bakıdakı IV İslam Həmrəyliyi Oyunları uğurla keçirildi”.

O qeyd edib ki, bu, Azərbaycanın ilk belə uğuru deyil:

"İslam dünyasında birinci teatr, Şərqdə ilk universitet, eləcə də ilk demokratik dövlət Azərbaycanda yaradılıb. Bakıdakı IV İslam Həmrəyliyi Oyunları Azərbaycan gənclərini bu cür vacib tədbir ətrafında birləşdirdi. IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycana həmçinin, iqtisadi səmərə gətirdi. Azərbaycana minlərlə turist və xarici nümayəndə gəlib. Bu, ölkə rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti