...

“Baku Network” ekspert şurası və “Baltic Forum” ekspert platforması arasında tərəfdaşlıq barədə saziş imzalanıb (FOTO)

Siyasət Materials 31 May 2017 17:27 (UTC +04:00)
Sazişi “Baku Network” ekspert şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov və “Baltic Forum”un direktoru Aleksandr Vasilyevs imzalayıb
“Baku Network” ekspert şurası və “Baltic Forum” ekspert platforması arasında tərəfdaşlıq barədə saziş imzalanıb (FOTO)

Bakı. Trend:

Latviyanın paytaxtı Riqada “Rusiya və Qərbin münasibətlərində böhran böyüyür. Ekspert birliyi necə kömək edə bilər?” mövzusunda keçirilmiş beynəlxalq konfrans zamanı “Baku Network” eskpert şurası və Avropanın nüfuzlu “Baltic Forum” ekspert platforması arasında tərəfdaşlıq barədə saziş imzalanıb.

Trend-in məlumatına görə, sazişi “Baku Network” ekspert şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov və “Baltic Forum”un direktoru Aleksandr Vasilyevs imzalayıb.

İmzalanma mərasimində “Baltic Forum”un prezidenti, Latviya Seyminin deputatı Yanis Urbanoviç və “Baku Network”un direktor müavini Gülnarə Məmmədzadə iştirak edib.

http://bakunetwork.com

Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan izləyin

Məqalədə:
Xəbər lenti

Xəbər lenti