...

İndoneziya və Malayziya rəhbərləri Prezident İlham Əliyevi təbrik ediblər

Siyasət Materials 5 İyun 2017 20:53 (UTC +04:00)
İndoneziya Prezidenti Coko Vidodo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
İndoneziya və Malayziya rəhbərləri Prezident İlham Əliyevi təbrik ediblər

Trend-i buradan izləyin

Bakı. Trend:

İndoneziya Prezidenti Coko Vidodo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, İndoneziya və Azərbaycan dövlətləri arasında ikitərəfli münasibətlər, o cümlədən xalqlarımızın birgə mənafeyi naminə təhlükəsizlik və inkişaf yolunda çoxtərəfli əməkdaşlığımız daha da möhkəmlənəcək.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

XXX

Malayziyanın XV Ali Başçısı Sultan Muhammaddan:

"Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə, birinci xanıma və Azərbaycan xalqına Malayziya Hökuməti və xalqı adından ən səmimi təbriklərimizi çatdırırıq.

Ümidvarıq ki, Azərbaycan Respublikası Zati-alinizin rəhbərliyi ilə uğurlu inkişafını davam etdirəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti