...

"Baku Network" rəhbəri: Ermənistanın məqsədi cəbhə bölgəsində yaşayan azərbaycanlıları qorxuya salmaqdır (VİDEO)

Siyasət Materials 10 İyul 2017 13:51 (UTC +04:00)
Rəsmi Yerevanın məqsədi cəbhə bölgəsində yaşayan azərbaycanlıları qorxuya salmaqdır
"Baku Network" rəhbəri: Ermənistanın məqsədi cəbhə bölgəsində yaşayan azərbaycanlıları qorxuya salmaqdır (VİDEO)

Bakı. Trend:

Rəsmi Yerevanın məqsədi cəbhə bölgəsində yaşayan azərbaycanlıları qorxuya salmaqdır.

Trend-in məlumatına görə, bunu CBC telekanalına müsahibəsində “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

O qeyd edib ki, mülki və ya hərbi obyektlərə atəş açarkən səhvlər olmur: “İlk növbədə onu qeyd etmək istəyirəm ki, bu məqsədyönlü qətldir. Ermənilərin həmin bölgədə hərbi obyektlərin olması barədə bütün söhbətləri təkzib edilir. Çünki birincisi, orada ATƏT sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik olub, ikincisi isə Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər həmin əraziyə səfər ediblər. O kənddə hərbi obyektlər yoxdur, bu, hamıya məlumdur”.

Ekspert əlavə edib ki, bu, birinci dəfə baş verən hal deyil.

E.Ələsgərovun sözlərinə görə, Dağlıq Qarabağ ərazisində erməni işğalçı qoşunlarının 5 hərbçisi öldürüldükdən sonra Ermənistan bəyan etmişdi ki, adekvat addımlar atılacaq, lakin 2015-ci ildə qəbul edilmiş həbri doktrinaya uyğun olaraq, onlar Azərbaycanın hərbi birləşmələrinə yox, mülki şəxslərə zərbələr vururlar.

Ekspert deyib: “Məqsəd əlbəttə ki, siyasidir – cəbhə bölgəsində yaşayan azərbaycanlıları qorxuya salmaq, azərbaycanlıların Cocuq Mərcanlıya qayıdışının qarşısını almaq. Üçüncüsü, gələcəkdə azərbaycanlıların Dağlıq Qarabağda yaşamasına mane olmaq. Yəni, onların məqsədləri sadədir və baş verənlər Ermənistanda Zori Balayan tərəfindən əsası qoyulmuş ideologiyaya uyğundur. Onlar hesab edirlər ki, dinc əhaliyə qarşı mübarizə aparmaqla Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədinə nail olacaqlar”.

Onun sözlərinə görə, bu məqsədlər Ermənistanın özü üçün mənfi nəticələrə gətirib çıxara bilər. Ermənistan ordusu Azərbaycan ordusuna müqavimət göstərə bilmir.

E.Ələsgərov əlavə edib ki, onlar ifrat tədbirlərə əl atır. “Bunu Serj Sarkisyan özü demişdi ki, onun “İsgəndər” raketinin düyməsinə basanda əli əsməyəcək. O da mülki obyektləri nəzərdə tuturdu. Yəni, onların bütün fikirləri Azərbaycanın dinc əhalisinin məhv edilməsi təhdidinə yönəlib. Onların hərbi aspektləri, ehtiyatları qalmayıb”.

Minsk qrupuna gəldikdə isə, ekspertin sözlərinə görə, onların fəaliyyəti göstərir ki, münaqişənin nizamlanmasına kömək edən mexanizmdən, ona mane olan mexanizmə çevrilib. “Mən hesab edirəm ki, dinc sakinlər və hərbçilər arasında itkilərlə bağlı məsuliyyət qismən onların da üzərinə düşür. Həmsədrlərin hər bəyanatı, onların status-kvonu saxlamaq cəhdləri ilk növbədə dinc sakinlərə arasında itkilərə gətirib çıxarır, ikincisi isə böyük müharibəyə səbəb ola bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti