...

Azərbaycanın Argentinadakı səfirliyinin əməkdaşlarını ölümlə təhdid edən erməni peşman oldu

Siyasət Materials 12 İyul 2017 10:32 (UTC +04:00)
2016-cı ilin 4 aprel tarixində Azərbaycanın Argentinadakı səfirliyinin "Facebook" səhifəsi üzərindən səfirlik və əməkdaşlarını ölümlə təhdid edən Argentina vətəndaşı Leonid Stepanyan barəsində qanun çərçivəsində müvafiq tədbirlərin görülməsi üçün Argentinanın müvafiq dövlət qurumlarına müraciət edilib.
Azərbaycanın Argentinadakı səfirliyinin əməkdaşlarını ölümlə təhdid edən erməni peşman oldu

Bakı. Trend:

2016-cı ilin 4 aprel tarixində Azərbaycanın Argentinadakı səfirliyinin "Facebook" səhifəsi üzərindən səfirlik və əməkdaşlarını ölümlə təhdid edən Argentina vətəndaşı Leonid Stepanyan barəsində qanun çərçivəsində müvafiq tədbirlərin görülməsi üçün Argentinanın müvafiq dövlət qurumlarına müraciət edilib.

Trend-in məlumatına görə, görülmüş tədbirlər nəticəsində Leonid Stepanyanın etdiyi hərəkətə görə peşmançılıq və üzrxahlıq məktubunun alınmasına nail olunub.

L.Stepanyan tərəfindən səfirliyə ünvanlanmış müraciətində deyilir: "Sizdən üzr istəmək məqsədilə Sizə müraciət etməkdən şərəf duyuram və bundan sonra Azərbaycan Respublikasının Səfirliyinə və Azərbaycan Respublikasının vətəndaşı olan istənilən bir şəxsə qarşı hər hansı bir etiraz ifadə etməyəcəyimə dair vəd verirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti