...

Azərbaycan Prezidenti: Bütün dünya görür ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər

Siyasət Materials 24 Avqust 2017 18:20 (UTC +04:00)
Bütün dünya görür ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər.
Azərbaycan Prezidenti: Bütün dünya görür ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər

Bakı. Trend:

Bütün dünya görür ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də “Qarabağ” futbol klubunun heyəti ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, dünənki qələbə təsadüfi qələbə deyil: "Siz bu qələbəyə doğru neçə il idi ki gedirdiniz. Həm daxili çempionatda bir neçə dəfə çempion olmusunuz, həm də Avropa Liqasında qrup mərhələsində neçə il iştirak etmisiniz. Mən sizinlə əvvəlki görüşümü xatırlayıram. O vaxt hakimin ədalətsizliyi ucbatından siz qələbədən məhrum edilmişdiniz. Və onu da xatırlayıram ki, o vaxt da mən bunu qeyd etdim, hətta ədalətsizliyə baxmayaraq, özünüzü ləyaqətlə, təmkinlə apardınız. Ədalət öz yerini tapdı. Bu gərgin, açıq və ədalətli mübarizədə siz sübut etdiniz ki, Azərbaycan futbolu inkişaf edir və böyük qələbələr qazana bilər. Ona görə də sizin qələbəniz təbiidir və ədalətlidir".

İlham Əliyev bildirib ki, bu gün “Qarabağ” futbol klubu Avropanın aparıcı klubları ilə yarışır, yarışacaq: "İndi bütün xarici kütləvi informasiya vasitələrində artıq Azərbaycanın “Qarabağ” klubu haqqında xəbərlər gedir. Bu, əlbəttə ki, ölkəmizin təbliğində çox önəmli hadisədir. Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır. Yenə də görürlər ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, yenə də onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq və onu göstərir ki, biz öz torpağımızda yaşayırıq və hamımız o arzu ilə yaşayırıq ki, torpaqlarımız işğaldan azad olunsun. Və hər bir qələbə, istənilən sahədə hər bir uğurumuz o günü yaxınlaşdırır. Keçən ilin aprel döyüşləri onu göstərdi ki, Azərbaycan istənilən vaxt öz ərazi bütövlüyünü bərpa edə bilər və bu gün hərbi potensial bizə imkan verir ki, biz döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək və öz iradəmizi diktə edək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti