Bakı. Trend:
Pakistan "Super Mushshak"" təyyarələrinin Azərbaycana tədarükü üçün müqavilənin şərtlərini yerinə yetirməyə borcludur.
Trend Pakistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan Hərbi Hava Qüvvələri komandanı aviasiya marşalı Sohail Aman Bakıya səfəri zamanı Azərbaycan Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirovla görüşdə bildirib.
Azərbaycan Pakistandan 10 "Super Mushshak" hərbi-təlim təyyarəsi alıb. Bakıdakı görüşdə eyni zamanda Azərbaycan hərbi pilotlarının Pakistan Hava Qüvvələri institutlarında təlim keçməsi məsələsi də müzakirə olunub.