...

İƏT tarixində ilk dəfə: "Müsəlman gənclərin durumu" hesabatı (FOTO)

Siyasət Materials 27 Sentyabr 2017 10:06 (UTC +04:00)
İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşkilatçılığı ilə İƏT tarixində ilk dəfə bu ildən başlayaraq keçirilən Gənclər Gününə həsr olunmuş “Müsəlman Gəncliyinin Durumu” adlı yüksək səviyyəli beynəlxalq konfrans keçirilib.
İƏT tarixində ilk dəfə: "Müsəlman gənclərin durumu" hesabatı (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Ötən gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşkilatçılığı ilə İƏT tarixində ilk dəfə bu ildən başlayaraq keçirilən Gənclər Gününə həsr olunmuş “Müsəlman Gəncliyinin Durumu” adlı yüksək səviyyəli beynəlxalq konfrans keçirilib.

İƏT Gənclər Forumundan Trend-ə verilən məlumata görə, konfransda eyni zamanda, İƏT üzv ölkələrin gənclərinin durumunu əks etdirən ilk tədqiqat hesabatının təqdimatı da keçirilib.

Açılış mərasimində Azərbaycan, Turkiyə, Qətər, Fələstin dövlətlərinin Gənclər və İdman nazirlərinin, digər rəsmi qonaqların çıxış etdiyi konfransda İƏT və BMT-nin yüksək səviyyəli təmsiliçiləri, İstanbulda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri, 30-dan artıq ölkənin gənc iderləri və aparıcı gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda açılış nitqi ilə çıxış edən İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov İslam dünyasının üzləşdiyi problemlərə diqqət çəkərək, bu problemlərin ilk qurbanlarının məhz gənclər olduğunu qeyd etməklə, həmin problemlərin həllinin müasir müsəlman gəncliyinin inkişafı, onların təhsil, işlə təmin olunma, iqtisadi müstəqillik perspektivlərinin genişləndirilməsindən keçdiyini bildirib: “Məhz bu baxımdan İƏT tarixində ilk dəfə həmkar strukturları ilə birgə əsaslı tədqiqat nəticəsində hazırlanmış “Müsəlman Gəncliyinin Durumu” hesabatı gələcəyə yönəlmiş məqsədləri aydınlada bilər”.

Sonra İƏT Xarici İşlər Nazirləri Konfransının 44-cü sessiyasında, İƏT Gənclər Forumunun təşəbbüsü ilə qəbul edilmiş qətnaməyə əsasən, ilk dəfə bu ildən etibarən 3 sentyabrda qeyd olunmağa başlayan Gənclər Günü ilə bağlı üzv ölkələrdə keçirilmiş tədbirlərin xülasəsi də təqdim edilib, əhəmiyyəti qeyd edilib, gələcək illər üçün perspektivləri müzakirə edilib.

Konfransda həmçinin bildirilib ki, Gənclər Günü tarixi 2006-cı ilin 3 sentyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin birgə iştirakı ilə İstanbulda İƏT Gənclər Forumun Baş Qərargahının açılış mərasimi günü ilə əlaqədar seçilib. Bunu Azərbaycan və Türkiyənin uğurlu beynəlxalq təşəbbüslərinə İƏT-də verilən yüksək qiymət kimi dəyərləndirən E.İskəndərov, ilk Gənclik Gününün süarının 2017-ci ili “İslam Həmrəylik İli” elan etmiş Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə dəstək olaraq “Fəaliyyətdə Həmrəylik” olduğunun qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti