...

Bolqarıstan prezidenti Bakıda müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə edəcək

Siyasət Materials 12 Oktyabr 2017 14:11 (UTC +04:00)
Bolqarıstan prezidenti Rumen Radev oktyabrın 13-14-də Azərbaycana rəsmi səfərə gələcək.
Bolqarıstan prezidenti Bakıda müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə edəcək

Bakı. Azad Həsənli - Trend:

Bolqarıstan prezidenti Rumen Radev oktyabrın 13-14-də Azərbaycana rəsmi səfərə gələcək.

Trend-in məlumatına görə, bu barədə Bolqarıstan dövlət başçısının rəsmi saytı xəbər verib.

Məlumatda qeyd olunur ki, Bolqarıstan prezidenti Bakıda bir sıra görüşlər keçirəcək.

Bu görüşlər çərçivəsində siyasi, ticari, iqtisadi, enerji, nəqliyyat, təhsil, elm və mədəniyyət sahələrində məsələlərin müzakirə ediləcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti