...

Vilnüsdə Azərbaycan və Litva Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Siyasət Materials 20 Oktyabr 2017 17:57 (UTC +04:00)
Xarici işlər nazirinin müavini Xələf Xələfov Litva Seyminin sədr müavini İrena Şiaulienenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Vilnüsdə Azərbaycan və Litva Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Bakı. Trend:

Xarici işlər nazirinin müavini Xələf Xələfov Litva Seyminin sədr müavini İrena Şiaulienenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir müavini ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində Litva ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq təcrübəsinin mövcud olduğunu bildirib.

X.Xələfov həmçinin, Azərbaycanın birbaşa təşəbbüskarı və ya iştirakçısı olduğu iri-miqyaslı enerji və nəqliyyat layihələri barədə qonaqları məlumatlandırıb. O, bu ilin oktyabr ayının sonunda Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasiminin baş tutacağını bildirərək, bu qəbildən olan nəhəng layihələrdə birgə iştirakın ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına xidmət edəcəyini vurğulayıb.

X.Xələfov 26-27 oktyabr tarixlərində Vilnüsdə Azərbaycan və Litva hökumətləri arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

X.Xələfov həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qarşı tərəfi məlumatlandıraraq, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin davam etdiyini və rəsmi Yerevanın destruktiv siyasət yürütdüyünü diqqətinə çatdırıb.

Parlamentlərarası əlaqələrə toxunan X.Xələfov Litva Seymində Xocalı soyqırımı ilə bağlı müraciətin qəbul edilməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

İ.Şiauliene dost bir ölkədə olmasından və iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluq ifadə edib və Azərbaycanın böyük layihələrin təşəbbüskarı və iştirakçısı kimi mühüm rolunu təqdir edib. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin böyük rolu olduğunu vurğulayan İ.Şiauliene, Azərbaycan və Litva parlamentarilərinin Baltik, GUAM parlament Assambleyalarında uğurla əməkdaşlıq etdiklərini, Litva Seymində 65 nəfərdən ibarət ən böyük dostluq qrupunun məhz Azərbaycanla olmasının ikitərəfli əlaqələrimizin bariz göstəricisi olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti