Bakı. Hüseyn Vəliyev - Trend:
Rusiyanın “Roskosmos” dövlət korporasiyası “Azərkosmos” ASC ilə kosmosun mənimsənilməsi sahəsində əməkdaşlıq qurmaq niyyətindədir.
Bunu Trend-ə kosmonavt-təyyarəçi, Rusiya Qəhrəmanı Oleq Kotov deyib.
Onun sözlərinə görə, hazırda əməkdaşlıq yalnız Rusiya və Azərbaycan Elmlər Akademiyaları səviyyəsində əlaqələrdə ifadə olunur: “Bu, yalnız institutlararası münasibətlər səviyyəsindədir. Mənim səfərimin məqsədi isə “Roskosmos”la “Azərkosmos” dövlət agentlikləri səviyyəsində qarşılıqlı fəaliyyətin təşkil olunmasından ibarətdir”.