...

Deputat: NATO-nun Türkiyəyə qarşı bu hərəkəti təəssüf doğurur

Siyasət Materials 19 Noyabr 2017 10:30 (UTC +04:00)
NATO-nun Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə Cümhuriyyətinin hazırkı pezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının düşmən hədəfi kimi gösrərilməsi əlbəttə təəssüfedici bir haldır.
Deputat: NATO-nun Türkiyəyə qarşı bu hərəkəti təəssüf doğurur

Bakı. Elçin Mehdiyev – Trend:

NATO-nun Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə Cümhuriyyətinin hazırkı pezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının hədəf kimi gösrərilməsi təəssüfedici haldır.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, bu xoşagəlməz hadisədir və islamafobiyanın, ikili standartların təzahürüdür: “NATO-nun bu cür hərəkəti diplomatiyada, dövlətlərarası münasibətlərdə yolverilməz addımdır”.

NATO-nun bu məsələyə görə Türkiyədən üzr istəməsinə gəlincə isə B.Sadıqov vurğulayıb ki, NATO rəhbərliyi baş vermiş hadisədən düzgün nəticə çıxarıb: “Türkiyə heç vaxt digər dövlətlərin rəhbərlərinə, tarixi şəxsiyyətlərinə belə münasibət bəsləməyib. Qoy başqaları da bunu öyrənsin”.

Qeyd edək ki, Norveçdə NATO-nun hərbi təlimləri zamanı "düşmənlər"in fotolarının olduğu stend quraşdırılıb və həmin hədəf stendində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkilləri əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti