...

Azərbaycanda "Elektron məhkəmə" sistemi bu il məhkəmələrin 60 faizini əhatə edəcək

Siyasət Materials 22 Noyabr 2017 09:48 (UTC +04:00)
Azərbaycanda məhkəmə islahatlarında mühüm mərhələ olan “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə önəmli işlər görülür.
Azərbaycanda "Elektron məhkəmə" sistemi bu il məhkəmələrin 60 faizini əhatə edəcək

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda məhkəmə islahatlarında mühüm mərhələ olan "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə önəmli işlər görülür.

Trend-in məlumatına görə, bunu ədliyyə nazirinin müavini Məhərrəm Əliyev mətbuata müsahibəsində deyib.

O qeyd edib ki, artıq yeni inşa olunmuş müasir məhkəmə binalarında bəzi komponentləri tətbiq olunan bu sistem ilin sonunadək bütün məhkəmələrin 60 faizini əhatə edəcəkdir ki, bu da ədalət mühakiməsinə çatımlılığın asanlaşdırılmasına, onun səmərəsinə və keyfiyyətinə əsaslı təsir göstərməklə, insanlara daha əlverişli və rahat şərait yaradacaq:

"Təbiidir ki, bu gün ədliyyə və məhkəmə fəaliyyətində müasir texnoloji yeniliklərin geniş tətbiqi üzrə həyata keçirilən tədbirlər son illər aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının tərkib hissəsini təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti