...

Nazir: İran Azərbaycanla münasibətləri möhkəmləndirmək niyyətindədir

Siyasət Materials 1 Dekabr 2017 13:01 (UTC +04:00)
İran Azərbaycanla münasibətləri möhkəmləndirmək niyyətindədir.
Nazir: İran Azərbaycanla münasibətləri möhkəmləndirmək niyyətindədir

Bakı. Trend:

İran Azərbaycanla münasibətləri möhkəmləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransında çıxışı zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazirin sözlərinə görə, İranla Azərbaycan arasında yaxşı münasibətlər mövcuddur: “Nazirlər görüşündən əlavə, Azərbaycan Prezidenti İlham Əliyevlə gözəl söhbətimiz baş tutdu. Bu söhbət zamanı ikitərəfli və beynəlxalq münasibətlər müzakirə olunub”.

Nazir əlavə edib ki, Azərbaycan İranın yaxşı qonşusudur və münasibətlərin inkişaf etdirilməsi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti