...

Azərbaycanın BMT yanında nümayəndəliyi "Geneva Engage Awards" mükafatına namizədlər sırasında

Siyasət Materials 5 Dekabr 2017 22:48 (UTC +04:00)

Bakı. Ləman Zeynalova – Trend:

Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi "Geneva Engage Awards" mükafatına namizədlər sırasına daxil edilib. Trend-in məlumatına görə, bu barədə "Geneva Internet Platform"un ısəhifəsində dərc edilmiş məlumatda deyilir.

Qeyd edək ki, dekabrın 11-də üçüncü illik "Geneva Engage" mükafatının təqdim etmə mərasimi keçiriləcək.

"Geneva Engage Awards" mükafatları hər il sosial şəbəkələrdə daha çox fəallıq nümayiş etdirən beynəlxalq təşkilatlara, qeyri-hökumət təşkilatlarına, qeyri-kommersiya təşkilalatlarına və daimi nümayəndəliklərə verilir.

Namizədlər sırasına Aİ-nin Cenevrədəki nümayəndəliyi, həmçinin Fransanının, İsrailin, Niderland və İsveçin Cenevrədəki daimi nümayəndəlikləri də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti