...

Deputat: Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın

Siyasət Materials 8 Dekabr 2017 11:59 (UTC +04:00)
Leyla Yunus heç zaman hər hansı bir vətəndaşın hüquqlarını müdafiə etməyib, hər hansı bir məhbusun azadlığa qovuşmasında rol oynamayıb.
Deputat: Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın

Bakı. Elçin Mehdiyev – Trend:

Leyla Yunus heç zaman hər hansı bir vətəndaşın hüquqlarını müdafiə etməyib, hər hansı bir məhbusun azadlığa qovuşmasında rol oynamayıb. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə bu gün “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın təqdimatında deyib.

Ç.Qənizadə bildirib ki, L.Yunusun heç bir hüquq müdafiəçisi ilə normal münasibəti olmayıb, o, həmişə öz maraqlarını hər şeydən üstün tutub: “Biz həmişə düşünürdük ki, hər hansı bir məhbusa görə xaricdə kimlərləsə oturub danışmaqla məsələni həll etməyə çalışmaq düzgün deyil, məsələ ölkə daxilində həll olunmalıdır. Ancaq Leyla Yunus bu məsələləri xaricə çıxarmaqla pul qazanmaq məqsədi güdürdü. Leyla Yunusun məqsədi o olub ki, hüquq müdafiəçisi adı altında varlansın, Azərbaycan əleyhinə iş aparmaqla qrantlar alsın”.

Ç.Qənizadə qeyd edib ki, L.Yunus özünün görmədiyi hadisəni qələmə alıb və onu xaricə satmaqla pul qazanıb: “Belə hüquq müdafiəçisi olmur. Mənə bir adam göstərin ki, Leyla Yunus onu müdafiə edib, azadlığa buraxılmasında rol oynayıb. Onun məqsədi həmişə şəxsi maraqlarına xidmət etmək olub. Bu adam "Saxarov" mükafatı almağı düşünür. Leyla Yunus bir adama da kömək etmədiyi halda, belə bir mükafat almağa çalışır. Bu gün təqdim olunan kitabdan da gördüm ki, bu adam haqqında yanılmamışam. Bu adam özünün maraqları üçün ətrafındakıları həmişə zərbə altında qoyub. Leyla Yunus müxtəlif adlar altında xaricdən qrantlar alıb və o pulları ölkədən çıxarıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti