...

Ümummilli lider Heydər Əliyevin xatirəsi Polşada anılıb (FOTO)

Siyasət Materials 12 Dekabr 2017 15:42 (UTC +04:00)
Azərbaycanın Polşadakı səfirliyində Heydər Əliyevin anım günü münasibətilə tədbir təşkil edilib.
Ümummilli lider Heydər Əliyevin xatirəsi Polşada anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Polşadakı səfirliyində Heydər Əliyevin anım günü münasibətilə tədbir təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Polşada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Polşada təhsil alan tələbələrimiz, konsulluq qeydiyyatında olan həmvətənlərimiz və eləcə də Polşa ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Həsən Həsənov ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyətinin hər iki, yəni SSRİ və müstəqil Azərbaycan Respublikası dövrü haqqında iştirakçılara ətraflı məlumat verib. H.Həsənov ümummilli liderin yüksək bəşəri keyfiyyətləri, xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, təvazökarlığı haqqında danışaraq, demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət olduğunu bildirib. Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etdiyi ilk illərində daxili siyasi vəziyyətin sabitləşməsində, uğurlu xarici siyasətin yeridilməsində, iqtisadiyyatın inkişaf etməsində, hərbi quruculuq sahəsində misilsiz fəaliyyətindən söz açıb. H.Həsənov ümummilli lider Heydər Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi fəaliyyət üzərində dayanaraq, həmin dövrdə onun atdığı addımlar, tutduğu mövqe haqqında da toplantı iştirakçılarına məlumat verib.

Tədbirdə iştirak edən polşalı jurnalist Yatsek Pototski çıxış edərək Polşada rəsmi səfər zamanı Heydər Əliyevdən müsahibə almaq şərəfinə nail olduğunu bildirərək öz xatirələrini bölüşüb. Heydər Əliyevi jurnalistlərin dostu adlandıran Yatsek Pototski, onun sadə insanlara qarşı səmimi və mehriban münasibətindən danışıb.

Tədbirdə iştirak edən “Azərbaycan Mədəniyyət Mərkəzi” Cəmiyyətinin sədri Şəhla Kazımova çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan elminin, dilinin və ədəbiyyatının təbliğində göstərdiyi xüsusi diqqət və qayğı, verdiyi mühüm qərarlar haqqında danışıb.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti