...

AŞ PA milli sərhədlər daxilində məcburi yerdəyişmələrlə bağlı müraciət etdi

Siyasət Materials 15 Dekabr 2017 14:19 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsi 18 dekabr - Beynəlxaq Miqrantlar Günü ilə əlaqədər Avropa Şurası üzv ölkələrinə müraciət edib.
AŞ PA milli sərhədlər daxilində məcburi yerdəyişmələrlə bağlı müraciət etdi

Bakı. Nigar Quliyeva - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsi 18 dekabr - Beynəlxaq Miqrantlar Günü ilə əlaqədər Avropa Şurası üzv ölkələrinə müraciət edib.

Trend bu barədə AŞ PA-nın rəsmi səhifəsinə istinadən məlumat verir.

AŞ PA komitəsi miqrant, qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətləri və problemlərini gündəmə gətirməyə çağırıb.

Müraciətdə deyilir ki, mühacirlərlə yanaşı, milli sərhədlər daxilində məcburi yerdəyişmələr də vacib məsələdir.

AŞ PA komitəsi nəzərə çatdırıb ki, 2016-cı ilin sonuna olan göstəricilərə görə, münaqişə və zorakılıqlar 40,3 milyon məcburi köçkünün yaranmasına səbəb olub.

Müraciətdə həmçinin bildirilir: "Avropadakı iki milyondan çox məcburi köçkünün problemlərinə lazımi diqqət yetirilmir. Beynəlxalq humanitar hüquq çərçivəsində məcburi köçkünlərin hüquqlarına hörmətin təmin edilməsi üçün bütün üzv dövlətlər, beynəlxalq təşkilatlar və QHT-lər tərəfindən daha çox səy göstərilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti