...

Əli Laricani: İran və Azərbaycan həmişə dost olacaqlar

Siyasət Materials 18 Dekabr 2017 12:34 (UTC +04:00)
İran və Azərbaycan həmişə dost olacaqlar.
Əli Laricani: İran və Azərbaycan həmişə dost olacaqlar

Bakı. Fərhad Daneşvar - Trend:

İran və Azərbaycan həmişə dost olacaqlar. Trend-in məlumatına görə, bunu Tehranda Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşən İran parlamentinin spikeri Əli Laricani deyib.

Ə.Laricani qeyd edib ki, İran-Azərbaycan əlaqələrinin tarixi çox qədimdir və bu iki ölkə həmişə bir-birini dəstəkləyib: "İran Azərbaycanla dostluqda ciddidir və biz həmişə dostlarımızın yanında olacağıq".

Spiker əlavə edib ki, iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyəsi siyasi və iqtisadi əlaqələri də genişləndirməyə imkan verir: "Regionun hazırkı vəziyyəti elədir ki, biz siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığımızı genişləndirməli, regionda sülh və əmin-amanlığın bərqərar olmasına kömək etməliyik".

Xəzərin statusu məsələsinə də toxunan Ə.Laricani bildirib ki, bununla bağlı iki ölkənin rəhbərliyi arasında səmərəli danışıqlar olub: "Ümid edirik ki, Xəzər dənizi sabitlik və əməkdaşlıq üçün bir zəmin yaradacaq".

Öz növbəsində, V.Talıbov iki ölkənin dostluq münasibətlərindən danışıb və əlavə edib ki, Azərbaycan və İran arasında turist axınının artması da bu dostluğun göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti