...

Rəsmi Bakı: Qüds məsələsi BMT qətnamələri, beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır

Siyasət Materials 23 Dekabr 2017 12:12 (UTC +04:00)
Qüds məsələsi BMT qətnamələri, beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır.
Rəsmi Bakı: Qüds məsələsi BMT qətnamələri, beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır

Bakı. Elçin Mehdiyev – Trend:

Qüds məsələsi BMT qətnamələri, beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov qeyd edib ki, Azərbaycan tərəfi İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı sammitində öz mövqeyini bildirdi: "Biz bu məsələdə müsəlman ölkələri ilə bir yerdəyik və düşünürük ki, Qüds məsələsi BMT qətnamələri, beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır".

Prezidentin köməkçisi vurğulayıb ki, Qüdslə bağlı atılan addım beynəlxalq aləmdə gərginlik yaradıb:

"Bu addımın atılmasına ehtiyac yox idi. Bu, dünyada beynəlxalq münasibətlərə töhfə vermir, əksinə, vəziyyəti gərginləşdirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti