...

RF XİN: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində aktivliyi deyil, effektivliyi artırmaq lazımdır (YENİLƏNİB)

Siyasət Materials 25 Yanvar 2018 17:26 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində aktivliyi deyil, effektivliyi artırmaq lazımdır.
RF XİN: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində aktivliyi deyil, effektivliyi artırmaq lazımdır (YENİLƏNİB)

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində aktivliyi deyil, effektivliyi artırmaq lazımdır.

Trend-in məlumatına görə, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib: “Fəallığı yox, səmərəliliyi artırmaq lazımdır. Fikrimcə, hamı bununla məşğul olacaq”.

M.Zaxarova onu da əlavə edib ki, ATƏT-in hazırkı sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano fevralın 1-də Rusiyaya işgüzar səfər edəcək. Səfər zamanı ATƏT regionunda, o cümlədən Cənubi Qafqazda münaqişələrin həll olunmasına yardım məsələlərini müzakirə etmək planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti