Serbiyada ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans keçirilir (FOTO)

Serbiyada ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans keçirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

ADU-dan Trend-ə verilən məlumata görə, konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işini davam etdirir. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC – Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi” mövzusunda, İtaliyanın Cənubi Latsio Universitetində “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq” mövzusunda, Moskva Dövlət Linqvistik Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda, Tbilisi Dövlət Universitetində “Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu” mövzusunda, Huçjou Universitetində “Bir qurşaq – bir yol: multikulturalizmin öyrədilməsi” mövzusunda bölmə iclasları keçirilib.

Aprelin 26-da Belqrad Universitetində ümummilli Lider Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Multikultralizmin Azərbaycan təcrübəsi” mövzusunda bölmə iclası keçirilib.

Tədbirdə Azərbaycanın Serbiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənov, Azərbaycan Dillər Universitetinin prorektoru professor Əfqan Abdullayev, Bakı Dövlət Universitetinin dünya ədəbiyyatı kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının Azərbaycanda tanınmış tədqiqatçısı professor Cəlil Nağıyev, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, publisist, görkəmli serb yazıçısı Milorad Paviçin dünya şöhrətli “Xəzər lüğəti” romanının Azərbaycan dilinə tərcüməçisi, əməkdar jurnalist Əlövsət Ağalarov, Belqrad universitetinin rektoru doktor Vladimir Bumbaşireviç, filologiya fakültəsinin dekanı Lyilyana Markoviç, Serbiya parlamentində Azərbaycanla dostluq qrupunun üzvü, Serbiya Kral Akademiyası şurasının üzvü Lyubişa Stoymiroviç, deputatlar Miliya Miletiç və Marko Parezanoviç, Serbiya xarici işlər nazirinin müavini Tamara Rastovaç Simaşvili, habelə Serbiyanın dövlət, hökumət qurumlarının, diplomatik korpusun, elmi, akademik dairələrin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Serbiya parlamentinin Azərbaycanla dostluq qrupunun, Serbiya Kral Akademiyası Şurasının üzvü Lyubişa Stoymiroviç hazırda yeni texnologiya və ixtiraların baş verdiyi dünyada xalqların, insanların rahat və sülh şəkilində yaşaması, anlaşması üçün multikulturalizmin və dözümlülüyün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirib ki, Serbiyada dözümlülük və multikulturalizmin dahi serb alimi Nikola Teslanın nəzəriyyələrində əks olunub, Azərbaycanda isə ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində təşəkkül tapıb və daha da inkişaf edib. O, Serbiya və Azərbaycanda müxtəlif etnik azlıqların yaşadıqlarını və onların adətlərinə hər zaman dözümlülük nümayiş etdirildiyini, hörmətlə yanaşıldığını xüsusi vurğulayıb.

Belqrad Universitetinin professoru, şərqşünas alim Ema Milkoviç Azərbaycanlıların multikultural bir xalq olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərə etiqad edən, digər dillərdə danışan etnik azlıqlar yaşayır. Professor milli azlıqların hüquqlarının hər zaman dövlət tərəfindən təmin edildiyini, bunun ölkə Konstitusiyasında da yer aldığını, azlıqların heç bir diskriminasiya ilə üzləşmədiklərini və Azərbaycanın bir çox dövlətlərə nümunə olduğunu qeyd edib.

Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının Azərbaycanda tanınmış tədqiqatçısı, professor Cəlil Nağıyev öz orijinallığı ilə seçilən Serb və Azərbaycan ədəbiyyatları arasında tarixə söykənən böyük mənəvi bağlılığın olduğunu, ədəbiyyat nümunələrinin qarşılıqlı şəkildə müxtəlif dillərə tərcümə edilərək dünya oxucularına təqdim olunduğunu qeyd edib. Professor hər iki xalqın yazıçılarının əsərləri arasında paralellər apararaq, orada multikulturalizm, humanizm və ədalət ideyalarının, xalqların sülh şəraitində birgə yaşayışının əks olunduğunu vurğulayıb.

Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, publisist, görkəmli serb yazıçısı Milorad Paviçin dünya şöhrətli “Xəzər lüğəti” romanının Azərbaycan dilinə tərcüməçisi, əməkdar jurnalist Əlövsət Ağalarov Azərbaycan dövlətinin dəstəyi ilə Belqrad Universitetində yaradılmış mərkəzin Serb və Azərbaycan xalqının daha da yaxınlaşmasında, onlar arasındakı mədəni bağlılığın möhkəmlənməsi istiqamətində əhəmiyyətini vurğulayıb. O, həmçinin Azərbaycanla Serbiya arasında münasibətlərin bir çox sahələrdə inkişafından, çoxəsrlik tarixə malik mədəniyyəti və adət ənənələrindən bəhs edib.

Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad İncəsənət Akademiyasının professoru Zərifə Əlizadə ölkələrarası mədəni və humanitar sahədə bir çox nailiyyətlərin əldə olunduğunu bildirib. Professor Azərbaycan və Serb yazıçılarının 17-dən çox əsərinin hər iki dilə tərcümə edildiyini, bu səpkidə Səfirliyin fəaliyyətinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Azərbaycan və Serbiya arasında yaxşı münasibətlərin olduğunu deyib, əlaqələrin daha da inkişafı üçün əməkdaşlığın davam etdirildiyini söyləyib.

Tədbirin sonunda Belqrad Universiteti tərəfindən Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaya, prorektoru Əfqan Abdullayevə, Azərbaycanın Serbiyadakı Səfiri Eldar Həsənova, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadəyə və Mərkəzin yaradılmasında əməyi keçmiş digər şəxslərə təşəkkür diplomları təqdim edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Belqrad şəhərində “Taşmaydan parkı”nda ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin, görkəmli serb yazıçısı Milorad Paviçin heykəllərini, 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə həsr olunmuş “Biz sadəcə uşaqlar idik” abidəsini, Novı Sad şəhərində Dunay çayı sahilindəki dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünü ziyarət edib, onların önünə gül dəstələri qoyub.

Xatırladaq ki, “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda beynəlxalq konfransın bağlanış mərasimi 4-5 may tarilərində Azərbaycan Dillər Universitetində keçiriləcək. Tədbirdə 11 ölkənin universitetlərinin və digər beynəlxalq qurumların nümayəndələri iştirak edəcəklər.

Ombudsman Ermənistanın terrorçu qruplaşmalar və muzdlulardan istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Ombudsman Ermənistanın terrorçu qruplaşmalar və muzdlulardan istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Ermənistanda növbəti etiraz aksiyası keçirilir
Ermənistanda növbəti etiraz aksiyası keçirilir
Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı, müharibə olmazdı - İtalyan senator
Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı, müharibə olmazdı - İtalyan senator
Loading Bars
Xəbər lenti
Vətən müharibəsində yüksək peşəkarlıq göstərən dəniz piyadaları daimi dislokasiya məntəqəsinə geri qayıdıb (FOTO)
Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi prosesi davam edir (FOTO/VİDEO)
Azərbaycan Respublikasının “Zəfər” ordeninin statusu müəyyənləşib
Dekabrın 2-də manatın dollara qarşı məzənnəsi
Laçın rayonunun biomüxtəlifliyinə dəymiş ziyan qiymətləndiriləcək - ETSN
Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
Hərbi əsirləri aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil - Dövlət Komissiyası
MBA proqramını bitirən məzunlar doktorantura təhsilini davam etdirə biləcəklər? - RƏSMİ AÇIQLAMA
NATO seminarında təxribata əl atan ermənilər susduruldu
Rusiya Müdafiə Nazirliyi Laçının Azərbaycana verilməsi barədə məlumat yayıb
BDU-dan qovulan tələbə bərpa edildi
Güllə darağı zabitimizi necə xilas etdi? - İkinci Qarabağ döyüşlərindən qeyri-adi hadisə (FOTO)
Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazandı!
Azərbaycan Gürcüstana maye oksigen çatışmazlığını aradan qaldırmağa kömək edib
Laçın sakini: Biz ağlaya-ağlaya oranı tərk etdik, bu gün isə üzümüz gülür
Azərbaycan beynəlxalq hüquq praktikasında və bölgədə yeni reallıq yaratdı - Vüqar Rəhimzadə
Azərbaycan öz qələbəsi ilə yeni reallıqlar yaratdı – TƏHLİL
Qazaxda qoruyucu maskadan istifadə etməyən 9 nəfərin sənədləri polisə göndərildi
Ermənilər Laçını bizə talan edilmiş vəziyyətdə qoyub gediblər - Laçınlı professor
Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
V.Süleymanov “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş İcraçı Direktor vəzifəsinə təyin edildi
İşğaldan azad olunan Laçın rayonunun səhiyyə obyektlərinin sayı açıqlandı
Milan şəhərinin Korbetta Bələdiyyə Şurası Azərbaycana dəstək sənədi qəbul edib
Ukrayna aviaşirkəti Azərbaycana yeni reyslər açır
Bu ay 8 milyon tibbi maska istehsal olunacaq
Bakı sakinini küçədə qətlə yetirən şəxs həbs olundu
Ordudan ilk bu şəxslər tərxis ediləcək - SİYAHI
İranda gün ərzində 382 nəfər koronavirusdan ölüb
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM
Geri dönüşün mübarək, Laçın! - Ceyhun Bayramov
Sərt karantin rejiminə keçməkdən başqa yol qalmayıb - Komitə sədri
Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib
Azərbaycan Prezidenti: Fransa Senatı qətnamə qəbul edir, xoşları gəlirsə, Marsel şəhərini ermənilərə versinlər
"Pfizer" və "BioNTech" koronavirus vaksinin ilin sonunadək Avropada qeydiyyata alınması üçün müraciət edib
Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramında dəyişiklik edilib - Sərəncam
Azərbaycan qeyri-neft sektorunda ÜDM artıb
Şəhid və qazi ailələri üçün yardım təqaüd formasında olacaq - Nazirlik
Koronavirus xəstələri inzibati cəzadan deyil, öz daxili məsuliyyətlərindən çəkinərək evdən çıxmamalıdır - Mütəxəssis
XİN Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şagirdlərin summativ qiymətləndirmələri ilə bağlı yüngülləşmələr edilməlidir - Ekspert
İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi davam edir (FOTO)
Şəkər tozu alarkən nəyə diqqət etmək lazımdır?
Laçının işğaldan azad olunması daha bir iqtisadi rayonun tam fəaliyətinə imkan verəcək
Laçının işğaldan azad olunması münasibətilə avtoyürüş keçirilib (FOTO)
Azərbaycanda "Facebook" istifadəçilərinin sayı artıb
Prezident İlham Əliyev: Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir, Azərbaycan Türkiyə ilə birləşir
Azərbaycan neftinin qiyməti dəyişib
Laçının azad edilməsi ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi - Deputat
Prezident İlham Əliyev: Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır
Laçın sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanlı sahibkarlar Rusiyada beynəlxalq foruma dəvət olunub
Prezident İlham Əliyev: Biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq
Prezident İlham Əliyev: Bizim ölkəmiz üçün yeni dövr başlayır
Azərbaycan Prezidenti: Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər
Ombudsman Ermənistanın terrorçu qruplaşmalar və muzdlulardan istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Prezident İlham Əliyev: Ermənistan, sən dalansan, biz səni dalan etdik
Prezident İlham Əliyev Bəyanatın bəndlərini şərh edib
Gəncədə arvadını qətlə yetirən kişinin məhkəməsinin vaxtı məlum oldu
Təhsil Nazirliyi vətəndaşların qəbulunu dekabrın 28-dək dayandırıb
Azərbaycan Prezidenti: Laçın dəhlizi Laçın şəhərinin içindən keçir, biz təklif etdik ki, yeni bir dəhliz inşa edilsin
Koronavirus xəstələri karantin postunda saxlanılıblar (FOTO)
Sabah hava çiskinli və küləkli olacaq
Formula 1 üzrə dünya çempionu koronavirusa yoluxdu
Azərbaycan Prezidenti: Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik
Ermənistanda növbəti etiraz aksiyası keçirilir
Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı, müharibə olmazdı - İtalyan senator
Prezident İlham Əliyev Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalarının tam siyahısını açıqlayıb
Prezident İlham Əliyev: Ermənistan ümumi taxıl istehsalının yarısını bizim torpaqlarımızdan götürürdü
Şabranda koronavirus xəstələri saxlanılıb (FOTO)
Azərbaycan Prezidenti: Bizə bir santimetr də torpaq qaytarmaq istəmirdilər
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyindən fərqli olaraq, bizim strateji baxışlarımız var
Azərbaycan Prezidenti: Təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun, mən buna qəti etiraz etdim
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsini həll etdik, Dağlıq Qarabağ münaqişəsi yoxdur
Bugünədək qəbul məntəqələrinə təhvil verilən pambığın həcmi açıqlanıb
Azərbaycan Prezidenti: Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi
ETSN vakant vəzifələrə qəbul üçün müsabiqə elan edib
Prezident İlham Əliyev: Biz düşməni məcbur etdik, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı
Azərbaycan Prezidenti: Bölgəmizdə yeni reallıq yarandı, bu reallığı biz yaratdıq
Prezident İlham Əliyev: Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı, başqasının buna nə dəxli var?
İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu ünvanlayıblar
Prezident İlham Əliyev: Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək
COVID-19 əleyhinə təbliğat tədbirləri Abşeronun kənd və qəsəbələrini də əhatə edir (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 40 mini keçdi
Azərbaycan Prezidenti: Həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, razılaşma ola bilməz
Xüsusi zolaqlar təcili yardım avtomobillərinin gecikmədən hərəkətinə imkan yaradacaq - BNA
Prezident İlham Əliyev: Ermənistan hesab edirdi ki, bütün Laçın onlara dəhliz kimi verilməlidir, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi
Azərbaycan Prezidenti: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib
Prezident İlham Əliyev: Meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib
Azərbaycan Prezidenti: Çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş rayonlarımıza qısa müddət ərzində qaytaraq
Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
Bakıda qadın sürücünün yolunu kəsən şəxs 20 sutka həbs edildi
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Xüsusi zolaqlara icazəsiz daxil olan sürücülər 40 manat cərimələnəcək
Azərbaycan Qarabağda xristian məbədlərinin mühafizəsini təmin edə biləcək - Səfir
Laçın azad edilməklə dövlət sərhədlərimizin tam bərpası təmin edildi - Deputat
Quş qripi ilə bağlı monitorinqlərə başlanılıb (FOTO)
Bütün xəbərlər