...

Azərbaycan tacikistanlı diplomatlar hazırlayacaq

Siyasət Materials 30 Aprel 2018 17:22 (UTC +04:00)
Azərbaycan Diplomatiya Akademiyasında (ADA) təhsil almaları üçün Azərbaycan hər il Tacikistan vətəndaşlarına beş kvota, eləcə də tacikistanlı diplomatların hazırlanması üçün altı kvota ayıracaq
Azərbaycan tacikistanlı diplomatlar hazırlayacaq

Bakı. Fikrət Doluxanov - Trend:

Azərbaycan Diplomatiya Akademiyasında (ADA) təhsil almaları üçün Azərbaycan hər il Tacikistan vətəndaşlarına beş kvota, eləcə də tacikistanlı diplomatların hazırlanması üçün altı kvota ayıracaq.

Trend bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, bununla bağlı saziş aprelin 25-i Tacikistan Xarici İşlər Nazirliyi ilə Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası arasında imzalanıb.

İmzalanma mərasimindən sonra Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli ilə Azərbaycan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev arasında görüş baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti