...

Türkiyə pilotların hazırlanmasında Azərbaycana sərfəli şərtlər təqdim etməyə hazırdır (FOTO)

Siyasət Materials 3 May 2018 09:30 (UTC +04:00)
Türkiyənin "Turkish Airlines" aviaşirkəti Azərbaycana pilotların hazırlanması, onların peşəkarlığının daha əlverişli şərtlərdə artırılması prosesinə kömək göstərməyə hazırdır.
Türkiyə pilotların hazırlanmasında Azərbaycana sərfəli şərtlər təqdim etməyə hazırdır (FOTO)

İstanbul. İlahə Məmmədli - Trend:

Türkiyənin "Turkish Airlines" aviaşirkəti Azərbaycana pilotların hazırlanması, onların peşəkarlığının daha əlverişli şərtlərdə artırılması prosesinə kömək göstərməyə hazırdır.

Trend-in məlumatına görə, aviaşirkətin treninq mərkəzinin koordinatoru deyib.

Koordinator əlavə edib: "Azərbaycan pilotları bu gün Dubayda hazırlıq keçir, lakin biz daha münasib şərtlərlə öz xidmətlərimizi təqdim edirik".

Onun sözlərinə görə, Avropada aviatrenajor-simulyatorun istifadəsinin 1 saatı 440 dollar, Dubayda 350-400 dollar təşkil edirsə, Türkiyədə bu qiymətlər 25-50 faiz ucuzdur.

Koordinator qeyd edib ki, hazırda "Royal Fleet", "Saudia", "Onur", "Kuwait", "Kam Air", "Hats", "Iraq Air" və başqa bu kimi aviaşirkətlər mərkəzin xidmətindən istifadə edir.

Pilotların hazırlanmasının yüksək keyfiyyətinin, koordinator həmçinin aviaqəzaların sayı nəzərə alınmaqla yüksək dəyərləndirildiyini bildirib. Belə ki, onun sözlərinə görə, son 10 ildə Türkiyə hava yollarında 3-4 bədbəxt hadisə qeydə alınıb.

Qeyd edək ki, bu mərkəzdə ildə 10 minlərlə insan təlim keçir, o cümlədən 3 min pilot gün ərzində mərkəzdə 850 nəfərə təlim keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti