...

Nazir müavini: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlarda irəliləyiş müşahidə olunur

Siyasət Materials 7 May 2018 16:59 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesində irəliləyiş müşahidə olunur.
Nazir müavini: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlarda irəliləyiş müşahidə olunur

Bakı. Ənvər Məmmədov - Trend:

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesində irəliləyiş müşahidə olunur.

Trend-in məlumatına görə, bunu Bakıda Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 15-ci iclasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

M.Məmməd-Quliyev bildirib ki, ötən il başlamış danışıqlar 2018-ci ildə də uğurla davam edir. Nazir müavininin sözlərinə görə, saziş 3 əsas istiqaməti – siyasi təhlükəsizlik, ticarət və investisiya məsələləri və müxtəlif sektoral məsələləri əhatə edir:

“Azərbaycan üçün öhdəliklərə əməl olunması çox vacibdir. Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi faktı tərəflər arasında əməkdaşlığın inkişafına təkan verir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti